"YouTube" videohostinqi yeniyetmələrə gözəllik ideallarını təbliğ edən və insanların görünüşünü və bədən quruluşunu müqayisə edən materialları tövsiyə etməyi dayandıracaq.
Kriminal.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
"Məsləhət Komitəsi ilə işləyərək, biz ayrı-ayrı video kimi zərərsiz ola biləcək, lakin təkrar baxış zamanı bəzi yeniyetmələr üçün problemli ola biləcək kontent kateqoriyalarını müəyyən etdik" , - deyə şirkətin rəsmi bloqunda məlumat verilib.
"YouTube" əlavə edib ki, göstərilən kateqoriyalara fiziki xüsusiyyətləri müqayisə edən, həmçinin bəzi görünüş tiplərini digərləri ilə müqayisədə ideallaşdıran, müəyyən fiziki hazırlıq və ya bədən çəkisi səviyyələrini ideallaşdıran kontent daxildir.
Nəticədə, dünya miqyasında yeniyetmələr üçün bu mövzularla bağlı belə video kontentin təkrar tövsiyələrini məhdudlaşdırmaq qərarı qəbul edilib. Şirkətin qeyd etdiyi kimi, bu cür məzmunlu materiallar tək bir video çərçivəsində zərərsiz ola bilər, lakin dəfələrlə izlənildikdə bəzi yeniyetmələr üçün təhlükə yarada bilər.