kriminal.az
Ancelina Coli böyük oğlu ilə görüntülənib

Aktrisa Ancelina Coli oğlu Meddoksla hava limanında fotokameralara tuş gəlib.

Kriminal.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Aktrisanın əynində kəmərli qara palto, çiynində qəhvəyi dəri alış-veriş çantası olub. Böyük oğlu qara kostyum geyinib, əlində çanta daşıyıb.

Qeyd edək ki, Ancelina Colinin altı övladı var. O, 2019-cu ildə əri Bred Pittdən boşanıb.

Top
0.22670984268188