kriminal.az
Tunis öz prezidentini seçir

Tunisdə prezident seçkisi keçirilir.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, dövlət başçısı postu uğrunda hazırkı prezident, 66 yaşlı Qeys Səid, eləcə də sosial-demokrat "Hərəkat əl-Şaab" partiyasından Zuhair Məqzavi mübarizə aparır.

Solçu "Azimun" partiyasından olan digər namizəd Ayaşi Zammel də seçkidə formal olaraq iştirak edir. O, imzatoplama zamanı saxtakarlıqda ittiham olunaraq həbs edilib.

Səsvermənin ilkin nəticələri oktyabrın 7-də axşam elan ediləcək.

Top
0.29588007926941