Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum baş tutmuş kimi tanınıb.
Kriminal.Az xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının saytında məlumat dərc olunub. Seçki Komissiyası seçici fəallığına əsasən referendumu tanıyıb.
Bildirilib ki, seçicilərin ümumi sayının 51.77%-i bülleten alıb.
"Referendumda iştirak etmək hüququ olan vətəndaşların yarıdan çoxu səsvermədə iştirak etdikdə, referendum baş tutmuş sayılır" , - deyə MSK-dan bildirilib.
Qazaxıstanda respublika referendumu başlayıb, vətəndaşlar ölkədə atom elektrik stansiyalarının tikilməsi barədə qərar verməli olacaqlar.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, Qazaxıstan qanunvericiliyinə görə, referendum ictimai həyatın digər mühüm məsələlərinə dair ümumxalq səsverməsidir. O, "Respublika referendumu haqqında" konstitusiya qanunu ilə tənzimlənir və xüsusi yaradılmış komissiya tərəfindən təşkil olunur.
Səsvermə zamanı 18 yaşına çatmış bütün Qazaxıstan vətəndaşları səsvermə hüququna malikdirlər. Referendumda səsvermə siyahısına daxil edilmiş vətəndaşların yarıdan çoxu iştirak etdikdə, proses baş tutmuş sayılır. Bura səsvermə hüququna malik 12 milyon 244 min 683 qazaxıstanlı daxildir.
Xatırladaq ki, sentyabrın 2-də Kasım-Jomart Tokayev Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumun keçirilməsi haqqında fərman imzalayıb.