kriminal.az
İsraildə terror aktı: Ölən və yaralananlar var

İsrailin cənubundakı Beer-Şeba şəhərində mərkəzi avtovağzalda silahlı hücum baş verib.

Kriminal.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, atışma və bıçaqlı hücum nəticəsində azı 10 nəfər yaralanıb, yaralılardan biri isə aldığı zədələrdən dünyasını dəyişib.

Qeyd olunub ki, hücum edən şəxs öldürülüb.

Top
0.15022301673889