kriminal.az

Rotterdam təmsilçisi "Feyenoord" 45 illik göstəricisini "Utrext"lə qarşılaşmada təkrarlayıb.

Kriminal.Az xəbər verir ki, sözügedən komanda səfərdə rəqibini 2:0 hesabı ilə üstələyib.

Bu isə "Feyenoord"un ardıcıl 20-ci məğlubiyyətsiz səfər oyunu olub. Rotterdamlılar sonuncu dəfə belə seriyaya 1978/79 mövsümündə nail olublar.

Qeyd edək ki, "Feyenoord" hazırda 19 xalla Niderland Eredivizisinin turnir cədvəlində dördüncü yerdədir.

Top
0.080261945724487