Bakıda VI Dənizkənarı Milli Parkda "Qələbə qaçışı" keçirilib.
Kriminal.Az xəbər verir ki, marafonda Gənclər və İdman Naziri Fərid Qayıbov və nazirliyin əməkdaşları iştirak ediblər.
Həmçinin marafonçular arasında müxtəlif idman təşkilatlarının, nazirliklərin əməkdaşları, ictimaiyyətin tanınmış simaları da yer alıblar.
Uzun məsafə üzrə qaçış idmançısı Abışov Elmar finişə birinci çatıb.
Qeyd edək ki, 10 kilometrlik marafonun start və finiş xətti eyni nöqtə - "Yeddi gözəl" fəvvarəsi olub.
Anar Həsənov