Misli Premyer Liqasının 12-ci turu çərçivəsində "Kəpəz" "Səbail" üzərində qələbə qazanıb.
Kriminal.Az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma Gəncə klubunun 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Yeganə qolu 90+5-ci dəqiqədə Camal Cəfərov vurub.
12-ci turun son matçı Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda gerçəkləşəcək. "Sumqayıt" evdə "Sabah"la qarşılaşacaq. Rəvan Həmzəzadənin idarə edəcəyi görüşə saat 19:00-da start veriləcək.
Hazırda "Sabah" 17 xalla beşinci pillədə yer alıb. "Sumqayıt" isə 10 xalla 7-cidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" evdə "Araz-Naxçıvan"a uduzub - 0:1. "Turan-Tovuz" - "Qarabağ" matçında qol vurulmayıb. "Zirə" isə səfərdə "Şamaxı"nı məğlub edib - 2:0.
Azərbaycan Premyer Liqasının XII turuna bu gün keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.
Report xəbər verir ki, əvvəlcə "Kəpəz" Tovuz şəhər stadionunda "Səbail"lə üz-üzə gələcək.
Kamal Umudlunun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq. Hazırda "Səbail" 7 xalla doqquzuncudur. Sonuncu - 10-cu pillədə olan "Kəpəz" isə 3 xala malikdir.
Günün son qarşılaşması Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda gerçəkləşəcək. "Sumqayıt" evdə "Sabah"la qarşılaşacaq. Rəvan Həmzəzadənin idarə edəcəyi görüşə saat 19:00-da start veriləcək. Hazırda "Sabah" 17 xalla beşinci pillədə yer alıb. "Sumqayıt" isə 10 xalla 7-cidir.
Azərbaycan Premyer Liqası
II dövrə, XII tur
3 noyabr
16:00. "Kəpəz" - "Səbail"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu
19:00. "Sumqayıt" - "Sabah"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına stadion
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" evdə "Araz-Naxçıvan"a uduzub - 0:1. "Turan-Tovuz" - "Qarabağ" matçında qol vurulmayıb. "Zirə" isə səfərdə "Şamaxı"nı məğlub edib - 2:0.