kriminal.az
Ruben Amorim

"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim yeni futbolçuların transferi üçün 200 milyon avro ayrılmasını tələb edib.

Kriminal.Az xəbər verir ki, təcrübəli çalışdırıcı "Sportinq"dən Viktor Qyökeres, Hyulmand və Qonçalo İnasionu komandasında görmək istəyir.

O, bundan əlavə heyətində görmək istəmədiyi futbolçuların siyahısını da rəhbərliyə təhvil verəcək.

Qeyd edək ki, sözügedən baş məşqçi noyabrın 11-dən etibarən "qırmızı şeytanlar"a rəhbərlik edəcək.

Top
0.073518991470337