kriminal.az

Əvəzedicilər Liqasında çıxış edən Gəncənin "Kəpəz-2" klubunun baş məşqçisi Xaliq Mərdanov AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılıb.

Kriminal.Az xəbər verir ki, baş məşqçi ölkə çempionatının XII turunda qarşılaşdıqları "Səbail-2" ilə matçda hakimi təhqir edib.

X.Mərdanov etdiyi davranışa görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Kəpəz-2" isə 400 manat cərimələnib.

Top
0.093432903289795