kriminal.az
Mourinyo

"Fənərbağça"ya rəhbərlik edən portuqaliyalı mütəxəssis Joze Mourinyo Eddi Haunun "Nyukasl"dan çıxarılacağı təqdirdə komandanın baş məşqçisi vəzifəsini yerinə yetirmək istəyir.

Kriminal.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Qeyd olunur ki, Mourinyo "Nyukasl"ı İngiltərədə işə qayıtmaq üçün ən optimal yer hesab edir. 61 yaşlı mütəxəssis vasitəçilərdən xahiş edib ki, klub düşərgəsində baş verən hər hansı hadisə ilə bağlı ona məlumat versinlər. Həmçinin, Mourinyo İngiltərə klubunun idarə heyətinin sədri Yasir ər-Rumayyanla da əlaqə saxlayır.

Hazırda "Nyukasl"ın hazırkı baş məşqçisi Eddi Haunun postunu tərk etmək niyyətində olmadığı vurğulanır. Premyer Liqanın 10 turundan sonra onun yetirmələri 15 xal toplayaraq 11-ci pillədə qərarlaşıblar.

Top
0.045052051544189