İspaniyanın "Barselona" komandası öz antirekordunu 10 il sonra təkrarlayıb.
Kriminal.Az xəbər verir ki, "kataloniyalılar" La Liqa matçında qapı çərçivəsinə bir dəfə də olsun zərbə endirə bilməyiblər.
Bu, komandanın "Real Sosyedad"a səfərdə uduzduğu qarşılaşmada baş verib.
Sonuncu belə hadisə 2014-cü ildə, "Malaqa" ilə görüşdə (0:0) gerçəkləşib.
Qeyd edək ki, "Barselona" səfər oyununda "Real Sosyedad"a 1:0 hesabı ilə məğlub olub. 13-cü dəqiqədə komandanın hücumçusu Robert Levandovski fərqlənsə də, oyundankənar vəziyyət qeydə alınıb. Kataloniyalılar 13 matçdan sonra La Liqada 33 xalla liderdir.