Türkiyənin "Beşiktaş" komandası UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda İsrail təmsilçisi "Makkabi"ni (Təl-Əviv) Macarıstanda qəbul edəcək.
Kriminal.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Yaxın Şərqdə baş verən hadisələri nəzərə alan UEFA təhlükəsizlik məsələlərini əsas gətirərək oyunun neytral şəhərdə - Debrecendə keçirilməsinə razılıq verib.
Qeyd edək ki, azarkeşlərin buraxılmayacağı "Beşiktaş" - "Makkabi" matçı noyabrın 28-də keçiriləcək.
"Beşiktaş"ın vitse-prezidenti Mete Vardar Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Makkabi"yə (Təl-Əviv, İsrail) qarşı keçirəcəkləri matç haqqında danışıb.
Kriminal.Az xəbər verir ki, sözügedən matçın keçiriləcəyi yerin ən geci sabaha qədər məlum olacağını deyən M.Vardar görüşə azarkeşlərin buraxılması üçün cəhdlərinin davam etdiyini bildirib:
"Matçın keçiriləcəyi yer ən geci sabah dəqiqləşəcək. Oyun Macarıstanda və ya Almaniyada oynanılacaq. Oyuna azarkeşlərin buraxılacağı və ya buraxılmayacağı məsələsi də müzakirə olunacaq. Bununla bağlı müraciətlər etmişik".
Qeyd edək ki, İstanbulda keçirilməli olan "Beşiktaş" - "Makkabi Təl-Əviv" matçının yeri noyabrın 4-də dəyişdirilib. Belə bir qərarın Türkiyə hökuməti tərəfindən təhlükəsizlik səbəbindən verildiyi qeyd olunub. Qarşılaşma noyabrın 28-də oynanılacaq.