kriminal.az
Finlandiya millisinin baş məşqçisi UEFA Millətlər Liqasındakı uğursuzluğa görə istefaya göndərilib

Futbol üzrə Finlandiya milli komandasının baş məşqçisi Markku Kanerva istefaya göndərilib.

Kriminal.Az Finlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, UEFA Millətlər Liqasında uğursuz nəticələrdən sonra 60 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

B Liqasının 2-ci qrupunu xalsız başa vuran Finlandiya seçməsi C Liqasına yuvarlanıb.

Qeyd edək ki, Markku Kanerva 2017-ci ildən Finlandiya millisinə rəhbərlik edirdi.

Top
0.087393045425415