"Çorluspor 1947" klubunun baş məşqçisi Ersin Akanı güllələyərək qətlə yetirməkdə təqsirli bilinən 13 nəfər saxlanılıb.
Kriminal.Az xəbər verir ki, Türkiyə polisi hadisənin baş verdiyi ərazidə 25 ədəd boş gilizin aşkarlandığını bildirib.
Məsələ ilə bağlı əməliyyatlara başlayan Ədirnə polisləri 13 nəfəri həbs ediblər.
Qeyd edək ki, Ersin Akan aldığı güllə yaralarından sonra həyatını itirib.