İngiltərə Premyer Liqasının 13-cü turunda "Çelsi" və " Aston Villa" komandalarının qarşılaşması başa çatıb.
Kriminal.Az xəbər verir ki, Londonda baş tutan matçda "Çelsi" 3:0 hesabı ilə qalib gəlib.
Matçın yeddinci dəqiqəsində "Çelsi"nin hücumçusu Nikolas Cekson hesabı açıb. 36-cı dəqiqədə Enzo Fernandes meydan sahiblərinin ikinci qolunu vurub. 83-cü dəqiqədə Koul Palmer yekun hesabı müəyyən edib - 3:0.
"Çelsi" 13 oyundan sonra 25 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində üçüncü yerdədir. "Aston Villa" isə 19 xalla 12-ci yerdədir.