Almaniya kubokunun 1/8 final mərhələsinin "Bavariya" və "Bayer Leverkuzen" komandalarının qarşılaşdığı matç başa çatıb.
Kriminal.Az xəbər verir ki, oyun Münhendəki (Almaniya) "Arena Münhen" stadionunda baş tutub. Oyunda "Bayer" 0:1 hesabı ilə qalib gəlib.
İlk hissədə heç bir komanda qol vura bilməyib. 17-ci dəqiqədə "Bavariya"nın qapıçısı Manuel Noyer karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə alıb. "Bayer"in yarımmüdafiəçisi Neytan Tella 69-cu dəqiqədə fərqlənib.
Komandalar bu mövsümdə bir dəfə qarşılaşıblar. Almaniya çempionatının 5-ci turunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb. "Bavariya"nın heyətində Aleksandr Pavloviç, "Bayer"də isə Robert Andriç qol vurub.
"Bayer Leverkuzen" hazırkı milli kubokun sahibi və Almaniya çempionudur.
Bu gün Almaniya Kubokunun 1/16 final mərhələsində "Bavariya" doğma meydanda əzəli rəqibi "Bayer Leverkuzen"i qəbul edəcək.
Kriminal.Az xəbər verir ki, böyük maraqla gözlənilən görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Qeyd edək ki, bu görüşdə qələbə qazanan komanda 1/8 final mərhələsində "Arminia Bilefeld" - "Frayburq" görüşünün qalibi ilə üz-üzə gələcək.
3 dekabr
Almaniya Kuboku
1/16 final mərhələsi
Saat 23:45, "Bavariya" - "Bayer Leverkuzen".