kriminal.az
İngiltərə Premyer Liqası:

İngiltərə Premyer Liqasının 14-cü turunda "Arsenal" "Mançester Yunayted"i qəbul edib.

Kriminal.Az xəbər verir ki, "Emirates" stadionunda keçirilən görüş "Arsenal"ın inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.

54-cü dəqiqədə meydan sahiblərinin niderlandlı müdafiəçisi Yurrien Timber hesabı açıb. 73-cü dəqiqədə fransalı Vilyam Saliba ikinci qolu vurub.

Hazırda "Arsenal" turnir cədvəlində üçüncü yerdədir. Komanda 14 oyunda 28 xal toplayıb. "Mançester Yunayted" 19 xalla 11-ci yerdədir.

Top
0.045017004013062