Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.
Kriminal.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində körpünün üzərində qeydə alınıb. "Mercedes" markalı avtomobil yolu keçən ahıl kişini vurub.
Ölən şəxs Şirvan şəhərində məskunlaşan məcburi köçkün Ağdam rayon sakini, 1967-ci il təvəllüdlü Adil Kərəm oğlu Babayevdir.
Faktla bağlı araşdırma aparılır.