"İlk hissədə daha yaxşı oyun nümayiş etdirsək də, ikinci qoldan sonra futbolçular ruhdan düşdülər".
Oxu.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.
"Oyunun ilk hissəsinə daha yaxşı başlamışdıq. Meydana buraxılan futbolçuların hər biri təcrübəlidir. Təlim-məşq toplanışının ilk günündən özlərinin yaxşı tərəflərini göstərirdilər. Sadəcə, buraxılan ikinci qoldan sonra futbolçular ruhdan düşdülər. Oyunçu əvəzetmələri fayda versə də, qol vurmaq əvəzinə, buraxdıq. Düşünürəm ki, millimiz meydana qələbə üçün çıxmamışdı. Belə hesabla məğlub olacağımızı bilsəydim, start heyətini başqa cür qurardım. Elvin Cəfərquliyevi isə qırmızı vərəqə aldığı üçün öldürə bilmərik".
Anar Həsənov