kriminal.az
DÇ-2026: Moldova öz meydanında 5, Qazaxıstan səfərdə 3 qol buraxdı

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində altı oyun baş tutub.

Oxu.Az xəbər verir ki, Lixtenşteyn öz meydanında Şimali Makedoniyaya böyük fərqlə uduzub - 0:3.

Norveç səfərdə Moldovanı darmadağın edib. Skandinavlar ev sahiblərinin qapısından 5 cavabsız top keçiriblər - 0:5.

Monteneqro doğma azarkeşləri önündə Cəbəllüttariqdən üstün olub - 3:1.

Çexiya ev matçında Farer adalarını məğlub edib - 2:1. İsrail eyni hesabla Estoniyanın xal qazanmasına imkan verməyib - 2:1.

Uels isə öz meydanında Qazaxıstana qalib gəlib. Britaniyalıların üç qoluna qazaxlar yalnız bir dəqiq zərbə ilə cavab verməyi bacarıblar - 3:1.

Qeyd edək ki, seçmə mərhələnin növbəti oyunları martın 24-ü və 25-də baş tutacaq.

Top
0.051424980163574