kriminal.az

İtaliyanın "Yuventus" futbol klubu baş məşqçi Tiaqo Motta ilə yolları ayırdığını elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə klub "X" sosial şəbəkəsində məlumat verib.

Eyni zamanda, klub mövsümün sonuna xorvatiyalı mütəxəssis İqor Tudorun baş məşqçi vəzifəsini icra edəcəyini elan edib.

46 yaşlı İqor Tudor 1998-2007-ci illərdə "Yuventus"da çıxış edib və 2020-2021-ci illərdə də klubun köməkçi məşqçisi olub. Baş məşqçi kimi o, "Marsel", "Latsio", "Verona", "Udineze", "Qalatasaray" və digər klublarla işləyib.

"Yuventus" İtaliya çempionatının turnir cədvəlində beşinci yerdədir. Komanda 29 oyunda 52 xal toplayıb.

Top
0.052787065505981