Türkiyə və Macarıstan millilərinin qarşılaşdığı UEFA Millətlər Liqasının A/B Liqasının ikinci pley-off oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, görüşdə Türkiyə komandası səfərdə 0:3 hesabı ilə qalib gəlib, iki görüşün ümumi hesabı 6:1 olub.
Qarşılaşmada hesab 37-ci dəqiqədə Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun penaltidən vurduğu qolla açılıb. 39-cu dəqiqədə Arda Güler hesabda fərqi ikiyə çatdırıb. 90-cı dəqiqədə Abdülkerim Bardakcı matçda son nöqtəni qoyub - 3:0.
Xatırladaq ki, ilk pley-off oyunu 3:1 hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb.