Yunanıstan millisinin futbolçusu Konstantinos Karetsas tarixi rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi yığmanın heyətində qol vuran ən gənc oyunçu adına yiyələnib.
O, bunu Şotlandiyanı 2:0 hesabı ilə məğlub edərək, A Liqasına vəsiqə qazandıqları matçda reallaşdırıb.