"İlk dəqiqələrdə futbolçularım müdafiəyə meyilli oynayırdılar".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernando Santuş Belarus yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.
70 yaşlı mütəxəssis məğlubiyyətin səbəbini izah edib:
"İlk hissədə hər iki komanda intensivlik göstərdi. İlk dəqiqələrdə futbolçularım müdafiəyə meyilli oynayırdılar. Tapşırıqlarımızdan sonra hücuma atılmağa başladılar. Balanslı oyun getdi, buna baxmayaraq, iki qol buraxdıq. İkinci hissədə yaxşı oynadıq".
Qeyd edək ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutan Azərbaycan - Belarus görüşü qonaqların 2:0 hesablı ilə başa çatıb.
Anar Həsənov