2025-ci ilin birinci yarısının sonuna qədər Avropada ümumi gücü 6,6 GVt olan yeni külək turbinləri işə salınıb ki, bunun da 5,3 GVt-ı Avropa İttifaqındadır.
Kriminal.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Külək Enerjisi Assosiasiyası "WindEurope" bildirib.
İstifadəyə verilmiş külək elektrik stansiyalarının 89%-i qurudadır. Almaniya bu il ən çox külək stansiyalarını istismara verib - 2,2 GVt. İspaniyada bu rəqəm 889 MVt, Böyük Britaniyada 760 MVt olub.
"WindEurope"un məlumatına görə, hazırda Avropadakı bütün külək stansiyalarının ümumi gücü 291 QVt-a çatıb ki, bunun da 254 QVt-ı quruda, 37 GVt-ı isə dənizdədir. Bu ilin birinci yarısında Aİ-də külək enerjisinə yeni investisiyalar 34 milyard avro təşkil edib ki, bu da bütün 2024-cü ildəkindən çoxdur.
Ümumilikdə, 2025-ci ilin birinci yarısında Avropada ümumi gücü 11,3 GVt olan külək turbinləri sifariş edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.