kriminal.az
Trampın Zəngəzur dəhlizi ilə bağlı nümayənədləri İrəvana gəlir

Vaşinqton Zəngəzur dəhlizi ilə bağlı nümayəndə heyətini gələn həftə İrəvana yollayır.

Kriminal.az “joxovurd”a istinadən xəbər verir k,  Ermənistana gələcək Amerikalı qonaqlar Zəngəzurda reallaşacaq  43 km-lik “Tramp marşrutu” müzakirə edəcəklər.

“Amerikalı qonaqlar dəhlizin təkcə texniki və siyasi təfərrüatlarını deyil, həm də sərmayələrin həcmini, prioritetlərini, tikinti işlərinin başlama tarixini müzakirə edəcəklər. Səfərin məqsədi artıq paraflanmış Tramp-Əliyev-Paşinyan Birgə Bəyannaməsinin reallaşdırılmasına yönəlmiş addımların ardıcıllığına aydınlıq gətirməkdir. Müzakirələr qapalı formatda keçiriləcək və qərarlar regionda yeni yol reallığının formalaşması ilə birbaşa əlaqəli olacaq”, - nəşr qeyd edib.

 Mürtəza

Top
0.072070121765137