kriminal.az
Ucarda eyni ərazidə ikinci yol-nəqliyyat hadisəsi: Xəsarət alanların adları AÇIQLANDI - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucarda mikroavtobus qəzasında xəsarət alanlarların şəxsiyyətləri dəqiqləşdirilib.

APA xəbər verir ki, qəzada zərərçəkənlər aşağıdakılardır:

Zamin Ağabala oğlu Zamanov (1982)

Cavid Calal oğlu İbrahimov (1994)

Səbinə Bəhlul qızı Niftəliyeva (1982)

Gülgəz Əsgər qızı Şirinova (1966)

Sevda Umud qızı Kərimova (1984)

Kəmalə Ramazan qızı Əzizova (1987)

Səxavət Məhəmməd qızı İsmayılova (1977)

Elturan Məhəmmədəli oğlu Cəbrayılov (1985)

Gülnar Yaşar qızı Qasımova (1988)

Azad Azər oğlu Məmmədov (1992)

Elnarə Rafael qızı İbrahimova (1978)

Xəyalə Həmidiyə qızı Kərimova (1984)

Fərqanə Şirxan qızı Rüstəmova (1970)

Sevinc Kamal qızı Rüstəmova (1973)

Şəfəq Süleyman qızı Lətifova (1979)

Nigar Zahid qızı Əlirzayeva (1992).

Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicəyə göndəriliblər.

00:45

Ucarda eyni ərazidə ikinci yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində iki ağırtonajlı yük avtomobilinin toqquşduğu ərazidə daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə istiqamətində hərəkətdə olan mikroavtobus qəza törədən yük avtomobillərinə görə sürəti azaldıb. Arxadan gələn digər iritutumlu avtobus mikroavtobusa çırpılıb. Qəza nəticəsində xəsarət alanlar olub. Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, ötən gün saat 20:30 radələrində Bakı-Qazax magistralının Ucar rayonun Küçəkənd kəndindən keçən hissəsində Gəncə istiqamətində hərəkətdə olan 2 yük maşınının toqquşması nəticəsində Türkiyə vətəndaşı, 1956-cı il təvəllüdlü Şahin İlyas Şevket müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, bütün tibbi müdaxilələrə baxmayaraq zərərçəkənin vəziyyəti ağır olaraq qalır.

Top
0.064704179763794