kriminal.az
Mövlud Çavuşoğlu: “Azərbaycanın böyük zəfərinin üçüncü ildönümünü qürurla qeyd edirik” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağı işğaldan azad edən Can Azərbaycanın böyük zəfərinin üçüncü ildönümünü qürur və coşqu ilə qeyd edirik”.

Kriminal.Az-ın məlumatına görə, bunu Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu 8 Noyabr - Zəfər Günü münasibətilə “X” hesabında yazıb.

“Əziz şəhidlərimizi rəhmətlə anır, qəhrəman hərbçilərimizə, qazilərimizə minnətdarlığımızı bildiririk. Tək millət, iki dövlət olaraq Türkiyə hər zaman Azərbaycanın yanındadır”, - deyə Çavuşoğlu vurğulayıb.

 

Top
0.08139705657959