kriminal.az
Mixail Qusman: “Bu gün Azərbaycan bayrağı Xankəndidə keçirilən hərbi paradda dalğalanır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün bütün Azərbaycan xalqı üçün tarixi bir gündür. Azərbaycanın Prezidenti İlham Əliyev and içərək işğal olunmuş torpaqların geri qaytarılacağına və Azərbaycan Bayrağının Qarabağda dalğalanacağına söz vermişdi”.

“Report” xəbər verir ki, bunu Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.

“Bu gün Azərbaycan bayrağı Qarabağda və Ali Baş Komandanın Xankəndidə iştirak etdiyi hərbi paradda qürurla dalğalanır. Bu, qələbənin, azad edilmiş torpaqların, qaytarılmış ləyaqət və ədalət hissinin simvoludur. Bu münasibətlə hamımızı təbrik etmək lazımdır. Qələbə bayramınız mübarək!” - deyə o bildirib.

Top
0.063035011291504