kriminal.az
İsrail səfirliyi Azərbaycanı təbrik edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin Bakıdakı səfirliyi Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Bu barədə diplomatik missiya “X” sosial şəbəkəsində paylaşım edib.

“İsrail səfirliyi Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir”, - səfirlik qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

 

Top
0.065567016601562