kriminal.az
Göygöldə tamet sexində yanğın olub - FOTO

Göygöldə yanğın baş verib.

Kriminal.Az-ın məlumatına görə, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.

Ümumi sahəsi 315 kvadratmetr olan tamet sexində anidən yanğın olub.

Dərhal əraziyə FHN-in Göygöl Rayon Yanğından Mühafisə Hissəsinin iki yanğınsöndürən avtomobili, 12 canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb.

Hadisə zamanı sexin 20 kvadratmetri yanıb, obyektin qalan hissəsi yanğınsöndürənlər tərəfində mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

İlhamə Əbülfət

Top
0.079389095306396