kriminal.az
Rusiyada zavodda güclü yanğın başlayıb - FOTO/VİDEO

Rusiyada Çelyabinsk traktor zavodunda güclü yanğın baş verib.

“Transformator partlayıb. Hadisə yerinə xilasedicilər gəliblər”, - mesajda deyilir.

Sakinlər hadisənin şəhərdə elektrik təchizatında problemlərə səbəb ola biləcəyindən narahatdırlar.

“Çelyabinsk Traktor Zavodunda baş verən partlayış və yanğın nəticəsində xəsarət alan olmayıb, müəssisə normal rejimdə fəaliyyətini davam etdirəcək”, - deyə zavodun mətbuat xidmətindən məlumat verilib.

Yanğının ilkin səbəbi qısaqapanma olub.

Qeyd edək ki, Böyük Vətən Müharibəsi illərində Çelyabinsk traktor zavodu KV-1 tankları istehsal edirdi.

Mənbə: gazeta.ru

Top
0.11308789253235