kriminal.az
İrlandiya polisi Makqreqora qarşı iş açıb

İrlandiyada yerli polis keçmiş Mütləq Döyüş Çempionatının (UFC) çempionu Konor Makqreqora qarşı etnik ədavəti qızışdırmaqda şübhəli bilinərək istintaqa başlayıb.

Makqreqor bir müddət əvvəl ölkədəki iğtişaşlardan danışıb, sosial şəbəkələrdə yazıb ki, hökumət “İrlandiyanın təhlükəsizliyini təmin etməsə”, bunu özü edəcək.

İrlandiya polisi keçmiş UFC çempionuna qarşı nifrət yaymaqda şübhəli bilinərək istintaqa başlayıb.

Qeyd edək ki, noyabrın 23-də Dublində bıçaqla silahlanmış Əlcəzair vətəndaşı olan şəxs yoldan keçənlərə hücum edərək beş nəfəri yaralayıb. Konor İrlandiya hökumətini və immiqrasiya siyasətini tənqid edib.

Mənbə: gazeta.ru

Top
0.067712068557739