kriminal.az
Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı 24-ə çatıb

Son iki gündə Qucarat ştatının qərbində ildırım vurması nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Ştatın Fövqəladə Hallar üzrə İdarəetmə Mərkəzi ilin bu vaxtı güclü küləklə müşayiət olunan qeyri-adi şiddətli qeyri-mövsümi tufanlar nəticəsində daha 23 nəfərin xəsarət aldığını bildirib.

Qeyd edək ki, bundan əvvəl 20 nəfərin öldüyü bildirilirdi.

“Qucaratda son 48 saatda davam edən qeyri-mövsümi yağışlar zamanı ildırım vurması nəticəsində ümumilikdə 24 ölüm qeydə alınıb. Leysan Qucaratın 234 rayonunda külli miqdarda ziyan vurub”, - deyə  departamentin açıqlamasında bildirilib.

Hindistanın daxili işlər naziri Amit Şah həlak olanların ailələrinə başsağlığı verib.

Mənbə: TASS

Top
0.074398994445801