kriminal.az
Gəncədə küləyin elektrik təsərrüfatına vurduğu zərər aradan qaldırılıb - YENİLƏNİB

Gəncədə küləyin elektrik təsərrüfatına vurduğu zərər aradan qaldırılıb.

“Report”un məlumatına görə, şəhərin 4-cü mikrorayon ərazisində küləyin elektrik təsərrüfatına vurduğu ziyan aradan qaldırılıb və elektrik enerjisinin verilişi bərpa edilib.

Qeyd edək ki, küləkli hava şəraiti davam edir.

19:40

Gəncədə güclü külək səbəbindən 4-cü mikrorayon ərazisində elektrik təsərrüfatına zərər dəyib.

“Report”un məlumatına görə, külək səbəbindən qısaqapanma baş verib, elektrik xətləri sıradan çıxıb.

Nəticədə mikrorayon ərazisinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və problemin həlli istiqamətində işlər aparılır.

Qeyd edək ki, hazırda şəhər ərazisində küləkli hava şəraiti davam edir. Külək səbəbindən bir neçə ağac aşıb.

18:16

Gəncənin bəzi ərazilərində güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb.

Bu barədə Kriminal.Az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, külək səbəbindən Gəncə şəhəri 3-cü mikrorayon ərazisində elektrik xəttində qısa açılma olub:

“Problem qısa zamanda aradan qaldırılıb. Hazırda sözügedən ərazidə elektrik enerjisinin verilişində heç bir problem yoxdur”

17:22

Hazırda Gəncə şəhərində güclü külək əsir, bu səbəbdən 3-cü mikrorayon və bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.

“Report”un Qərb bürosunun məlumatına görə, külək nəticəsində yaranmış toz dumanı, həmçinin avtomobillərin hərəkətində də qismən çətinlik yaradıb.

Küləkli hava şəraiti səbəbindən başqa fəsadların olub-olmaması aidiyyəti qurumlar və idarələr tərəfindən araşdırılır.

Könül Cəfərli

Top
0.097664833068848