kriminal.az
Dilan Polatın “intihar zəngi” həbsxananı hərəkətə keçirdi: Yeməkxanadan aldığı hər şey… - FOTO

Çirkli pulların yuyulmasında ittiham olunaraq həbs edilən türkiyəli iş adamı Dilan Polatın həbsxanada psixoloji vəziyyəti pisləşib.

Mərmərə həbsxanasında saxlanılan Dilan Polat Çorlu həbsxanasında cəza çəkən əri Engin Polatla telefonla danışıb. Danışıq zamanı o, Engin Polata intihar etmək istədiyini deyib.

Dilan Polatın bu sözlərindən vəkilləri dərhal həbsxanaya gedərək onu ziyarət ediblər. Həmçinin məsələ ilə bağlı həbsxananın psixoloqu cəlb edilib.

Onun təhlükəsizliyi məqsədilə həbsxanada ehtiyat tədbirləri artırılıb. 24 saat ciddi nəzarət altına alınan, daim müşahidə kameraları ilə izlənən Polatın yeməkxanadan aldığı hər şey yoxlamalardan keçirilir.

Həmçinin Dilan və həbsxanada olan bacısına digər məhbuslar tərəfindən problemlər yaradılmaması üçün yanlarında islah məmurunun da olduğu bildirilib.

Mənbə: Haber Global

Top
0.067625999450684