kriminal.az
İngiltərədə kişi yarış motosikletindən sürətli cənazə maşını hazırlayıb - FOTO

56 yaşlı Britaniya sakini Darren Ebi yarış motosikletindən yan araba əvəzinə tabut olan sürətli cənazə maşını hazırlayıb.

Britaniyalı “Suzuki GSX-R1000” motosikletini dörd min funt-sterlinqə (təxminən 8,5 min manat - red.) alıb. Ümumilikdə, onun sözlərinə görə, layihəsinə 25 min funt sterlinq (54 min manat - red.) xərcləyib. İşin tamamlanması təxminən 2,5 il çəkib.

“Mən həmişə heç kimin etmədiyi bir şeyi etmək istəyirdim”, - deyə o bildirib.

Darren son 13 il ərzində dəfn mərasimlərinin təşkil edilməsi üzrə işləyib. O, meyitin motosikletdən düzəlmiş cənazə maşınında daşınması xidmətinin artıq məşhur olduğunu etiraf edib.

Mənbə: Daily Star

Top
0.11842703819275