kriminal.az
Rusiyada kişinin “qaçırılmasına” göstəriş verən şəxsin onun həyat yoldaşı olduğu üzə çıxıb - VİDEO

Rusiyanın Çelyabinsk vilayətində qadın ərini narkomaniyadan sağaltmaq üçün onun qaçırılmasını sifariş verib.

Qeyd olunur ki, üç nəfər kişini itələyərək avtomobilə mindirib, onu naməlum istiqamətdə aparıblar.

Polis əməkdaşları hadisənin bütün iştirakçılarının şəxsiyyətini müəyyənləşdirərək, onları tapmağa müvəffəq olublar.

Məlum olub ki, kişinin qaçırılmasını həyat yoldaşı sifariş edib. Qadın ərini narkomaniyadan müalicə üçün klinikaya yerləşdirmək niyyətində olub, lakin o, könüllü olaraq oraya getməkdən imtina edib.

Arvadının sifarişi ilə qaçırılan kişi yenidən reabilitasiya mərkəzinə yerləşdirilməkdən imtina edib. Tərəflər bir-birinə qarşı heç bir iddia irəli sürməyiblər.

Mənbə: gazeta.ru

Top
0.22700214385986