kriminal.az
Təzyiq ölçərkən buraxılan səhvlər AÇIQLANDI

İnsanlar təzyiqi ölçərkən çox vaxt ciddi səhv edirlər. Bu isə onlara vəziyyəti düzgün qiymətləndirməyə imkan vermir.

Bu barədə Rusiya tibb elmləri namizədi, ümumi praktik həkim Aleksey Xuxrev xəbərdarlıq edib.

Onun sözlərinə görə, təzyiq eyni vaxtda, sakit vəziyyətdə, bir dəfə bir qolda ölçülməlidir, qısa vaxt sonra eyni qolda təzyiqi ölçmək isə böyük səhvdir.

“Bəzi insanlar əmindirlər ki, təzyiq bir qolda üç dəfə ölçülməlidir və riyazi ortalama götürməlidir. Bu düzgün deyil” , - deyə o vurğulayıb.

Həkim izah etdi ki, təzyiqi ölçən zaman qoldakı damarlar daralır. Nəticədə, bütün sonrakı ölçmələr reallıqdan daha yüksək təzyiq göstərir.

Xuxrevin sözlərinə görə, eyni qolda növbəti ölçmə üçün ən azı yarım saat vaxt keçməlidir, bu zaman nəticə dəqiq olacaq.

Xatırladaq ki, bundan əvvəl kakaonun barədə xəbər vermişdik. Belə ki, bu məhsul təzyiq yuxarı olanda aşağı salır, normal olanda isə təsir eləmir.

Mənbə: Lenta.ru

Top
0.078263998031616