kriminal.az
Aparıcı Zaur Baxşəliyevin verilişinin saatı azaldılıb - VİDEO

Aparıcı Zaur Baxşəliyevin “Bizimləsən” verilişinin vaxtı dəyişdirilib.

Kriminal.Az xəbər verir ki, bugünkü efirdə Zaur özü ATV-nin rəhbərliyindən xahiş edib.

O bildirib ki, artıq hər gün dörd saat efirdə olmaqdan yorulub:

“Çox yoruluram. Özümə, övladlarıma vaxt ayıra bilmirəm. Səhər açılır işə qaçmalıyam, mənim başqa işlərim də var. Rəhbərlik də bunu bilir, dəfələrlə bu barədə söhbətimiz olub. Sabahdan etibarən 16:30-dan 19:00-a qədər efirdə olacam, bu, mənə bəs edər. Rəhbərliyə də xahişimi yerinə yetirdiklərinə görə təşəkkür edirəm”.

Həmin görüntüləri təqdim edirik:

Top
0.093583106994629