kriminal.az
Ukrayna AVRO-2024-ə vəsiqə qazandı

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının daha bir iştirakçısı bəlli olub.

Kriminal.Az-ın məlumatına görə, pley-offun finalında Ukrayna İslandiya ilə qarşılaşıb.

Oyunda hesabı islandiyalılar açsalar da, “sarı-mavilər” 2 top vuraraq qələbəni təmin etməyi bacarıb və AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıblar - 2:1.

Beləliklə də, Ukrayna seçməsi E qrupunda Belçika, Rumıniya, Slovakiyaya rəqib olub.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Top
0.069399118423462