kriminal.az
Gəncə sakinlərinin bir il su içində yaşaması şikayəti barədə RƏSMİ AÇIQLAMA + FOTO

“Gəncə şəhərindəki Yeni Gəncə yaşayış massivində şəhid Elməddin Namazov küçəsində hazırda heç bir problem yoxdur”.

Bunu Kriminal.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Dilqəm Şərifov deyib.

D.Şərifov məsələnin araşdırıldığını və sakinlərin normal həyat fəaliyyətinə davam etdiklərini diqqətə çatdırıb.

“Sel keçən il Gəncə və Göygölün bir neçə kəndlərindən keçib, Yeni Gəncədə quraşdırılmış süni sututar dağıldığı üçün ətrafı su basıb. Rəhbər heyət tərəfindən dərhal əraziyə baxış keçirib və baş verə biləcək bütün fəsadların qarşısı agentlik tərəfindən alınıb. Hazırda həmin ərazilərdə heç bir problem yoxdur, əhali normal həyat fəaliyyətinə davam edir”, - deyə D.Şərifov bildirib.

D.Şərifov onu da qeyd edib ki, artıq sututarda təmir-bərpa işləri başlayıb, texnika işləyir.

“Yaxın gələcəkdə sututar tam bərpa olunacaq. Eyni zamanda gələcəkdə baş verə biləcək güclü sel hadisələrinə qarşı sututarda 15 kubmetr həcmində kanalın tikintisi də nəzərdə tutulub.”

Qeyd edək ki, Gəncə şəhərindəki Yeni Gəncə yaşayış massivində şəhid Elməddin Namazov küçəsində yaşayan sakinlər 2023-cü ilin may-iyun aylarında leysan nəticəsində meydana gələn sel sularının Gəncədəki Heydər Əliyev parkında olan süni gölü dağıtması və nəticədə həm gölün suyunun, həm də sel sularının yaşayış evlərinə dolub və evlərə ciddi ziyan dəyməsi ilə bağlı Kriminal.Az-ın redaksiyasına ünvanlamışdılar.

Əzizə İsmayılova

Top
0.070152997970581