kriminal.az
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO

Rusiya Federasiyasının Tuva Respublikasında doqquz yaşlı qız tanımadığı qadına pul müqabilində terror aktı törətməyi təklif edib.

Bu barədə bölgənin Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məktəbli qız və valideynləri polis şöbəsinə aparılıblar. O, polisə etiraf edib ki, darıxdığı və canı sıxıldığı üçün böyük bacısının telefonunda olan tanımadığı qadın abunəçiyə yazıb və mükafat qarşılığında qanunsuz hərəkət etməyi təklif edib.

Buna cavab olaraq qadın hüquq-mühafizə orqanlarına ondan şikayət edəcəyi ilə hədələyib. Qorxuya düşən qız üzr istəyib və bunu etməməyi xahiş edib. Həmçinin məktəbli əlavə edib ki, özü də terrorçulara nifrət edir.

Daxili İşlər Nazirliyi yazışmaların skrinşotlarını da dərc edib. Skrinşotlara əsasən, qız tanımadığı qadına 500 min rubl (9 min manatdan yuxarı) qarşılığında terror aktı təşkil etməyi təklif edib.

Qızın anası barədə yetkinlik yaşına çatmayan uşağın saxlanması və böyüdülməsi vəzifələrini yerinə yetirmədiyinə görə inzibati protokol tərtib edilib.

Uşaq isə profilaktik qeydiyyata alınacaq.

Mənbə: TASS, RBC.ru

Top
0.10414218902588