kriminal.az
8 yaşlı İsmayılın anası: “Bəzən övladıma yemək belə ala bilmirəm, köməyə ehtiyacımız var” - FOTO

Səkkiz yaşlı İsmayılın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Kriminal.Az-a onun anası Aynurə Əhmədova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir.

“İsmayılın səkkiz yaşı var, anadangəlmə serebral iflicdən əziyyət çəkir. İllərdir getmədiyimiz həkim, gəzmədiyimiz klinika qalmayıb. Amma övladımın dərdinə birdəfəlik çarə tapan olmayıb. İsmayıl nə gəzə, nə otura bilir. Hazırda müalicəsini davam etdirmək üçün 200 manata ehtiyacımız var”.

Aynurə Əhmədova bildirib ki, İsmayıl onun tək övladıdır.

“Mənim İsmayıldan başqa övladım yoxdur. Ona görə varımı-yoxumu satmışam. İnanın, artıq satmağa da heç nəyim qalmayıb. Yoldaşım fəhlə işləyir, özümüz də kirayədə qalırıq, inanın, yeməyimizi kirayənin pulunu güclə çatdırırıq. İsmayıl xəstəliyinə görə daim ağrı çəkir, müalicələr dayananda bu ağrı lap artır. Yardımsevər şəxslərdən balama dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 468-21-62.

Kart: 5243 7544 4295 2048.

Top
0.12778687477112