kriminal.az
Paytaxtın yaşlı sakinlərinin yüz illərdir yaşatdıqları ənənə - FOTO

Paytaxtın bir çox parklarında, xüsusən havanın xoş olduğu günlərdə, axşamçağı eyni mənzərəni görmək mümkündür. Əslində, bu mənzərə özündə dostluqla birgə gərgin rəqabəti də əks etdirir. 

Bəli, söhbət parklarda nərd oynayan ahıl paytaxt sakinlərindən gedir.

Bəzən onlar gərgin derbilərinə o qədər aludə olurlar ki, saatların necə gəlib keçdiyinin belə fərqində olmurlar.

Çünki bu qədim oyun canlı ənənəyə və insanları bir araya gətirmək gücünə malikdir. Küçədə nərd oynamaq təkcə oyun deyil, həm də ictimai fəaliyyət və ünsiyyət vasitəsi sayılır. 

Ağsaqqallar küçədə nərd oynayıb, bir-biri ilə ünsiyyətdə olub əylənirlər. Bu tədbir həm də yaşlıların gənclərlə bir araya gəlməsinə, mədəni bağ yaratmasına şərait yaradır. Oyuna aludə olan paytaxt sakinlərinin sevinci və həyəcanı da bunun bariz sübutudur. Həmçinin küçədə nərd oynayan böyüklərimiz şəhərin həyatını və dinamikasını əks etdirirlər.  

Bizim.media-nın əməkdaşının hazırladığı fotoreportajı təqdim edirik:

Top
0.043998956680298