kriminal.az
Törətdiyi cinayəti etiraf etdi: Özünü öldürdü

Tovuzda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

Kənd sakini 37 yaşlı Ruslan Rafiq oğlu Ələkbərov bu səhər yaşadığı evin həyətində özünü asıb. Onun asılmış meyitini anası tapıb.

Əldə edilən məlumata görə, R.Ələkbərov ruhi-əsəb xəstəliyindən əziyyət çəkib. O, ötən gün oğurluq hadisəsinə görə polisə çağırılıbmış.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, sözügedən şəxsin soyuducu oğurlaması barədə Tovuz Rayon Polis Şöbəsinə müraciət daxil olub. Həmin şəxs valideyni ilə birlikdə Polis Şöbəsinə dəvət olunub. İzahatında R.Ələkbərov törətdiyi əməli etiraf edərək, həmin soyuducunu başqa şəxsə satdığını bildirib. Şəxsin xəstəliyi nəzərə alınaraq valideyni ilə birlikdə sərbəst buraxılıb.

Top
0.041543006896973