kriminal.az
Bakıda gənc oğlanı avtobus vurub

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun Koroğlu stansiyasının yaxınlığında qeydə alınıb.

2004-cü il təvəllüdlü Taleh Mustafa oğlu Əliyev yolu keçərkən onu sərnişin avtobusu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Top
0.082365036010742