kriminal.az
Azərbaycan millisi Albaniya yığmasına uduzub

Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Albaniya millisi ilə üz-üzə gəlib.

Kriminal.Az xəbər verir ki, Macarıstanın Sombatxey şəhərində baş tutan matçda yığmamız 1:3 hesabı ilə məğlub olub.

"Haladas SportKomplexum"dakı qarşılaşmada hesabı 12-ci dəqiqədə Nedim Bayrami açıb. 81-ci dəqiqədə Rey Manay fərqi artırıb. Yeddi dəqiqə sonra Qyazim Lyaçi yığmamızı üçüncü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Millimizin yeganə qoluna isə 89-cu dəqiqədə Musa Qurbanlı imza atıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq.

Bu gün beynəlxalq yoldaşlıq görüşündə üz-üzə gələcək Azərbaycan və Albaniya yığmalarının start heyətləri açıqlanıb.

Kriminal.Az xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Emin Mahmudov, Ramil Şeydayev, Mahir Emreli, Toral Bayramov.

Albaniya: Strakoşa, Hysaj, Ajeti, Cimsiti, Mitay, Asllani, Ramadani, Bayrami, Asani, Broxa, Seferi

Qeyd edək ki, Macarıstandakı "Haladas SportKomplexum"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bu gün futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Kriminal.Az xəbər verir ki, yığma Macarıstanda Albaniya kollektivi ilə üz-üzə gələcək.

"Haladas SportKomplexum"dakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Görüşü macar hakim Mihay Kaprali idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq.

Top
0.11250710487366