kriminal.az
Şamil Ayrım:

"Bütün türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə fəxr edir və qürur duyur".

AZƏRTAC xəbər verir ki, bunu "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən "Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi" panel sessiyanın moderatoru, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səylərin davam etdirildiyini diqqətə çatdıran Şamil Ayrım qeyd edib ki, Azərbaycanın sülh üçün Ermənistan rəhbərliyi qarşısında qoyduğu şərtlərdən biri də torpaq iddiasından əl çəkməsidir. O, ATƏT-in Minsk qrupunun ləğv edilməsini sülh sazişinin imzalanması istiqamətində vacib amil adlandırıb.

Ş.Ayrım, həmçinin Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına mütləq qayıdacaqlarını vurğulayıb: "İnanırıq ki, Qərbi azərbaycanlılar doğma torpaqlardakı məscidlərində ibadət edə biləcəklər".

Top
0.10978198051453